Azərbaycan kubokunda dörddəbir final mərhələsinin oyunlarına start verilir
Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

Bütün matçlar eyni gündə keçiriləcək.

Açılış matçı “Qəbələ” və AZAL komandaları arasında oynanılacaq.

Daha sonra meydana "İnter" və “Kəpəz", “Zirə” və “Neftçi” klubları çıxacaqlar.

Bu mərhələnin son oyunu isə “Qarabağ” – “Sumqayıt” qarşılaşması olacaq.

Xəbər 695 dəfə oxundu.