Lionel Messi yubiley matçını keçirib
Futbol üzrə Argentina millisinin və “Barselona” futbol klubunun ulduzu Lionel Messi yubiley matçını keçirib.

La Liqada “Osasuna”ya qarşı matç argentinalı hücumçunun klubun heyətində 550-cü oyunu olub.

Messinin iki dəfə fərqləndiyi qarşılaşma “Barselona”nın 3:0 hesablı qələbəsi ilə bitib.

Argentina millisinin üzvü “katalon”ların heyətində Xavi (767 oyun), Andres İnyesta (605) və Karles Puyoldan (593) sonra ən çox oyun keçirən dördüncü oyunçudur.


Xəbər 929 dəfə oxundu.