Kriştianu Ronaldo 2016-cı il üzrə “Qızıl top”un sahibi seçilib
“France Football” nəşrinin 2016-cı il üzrə “Ballon d’Or” (Qızıl top) mükafatının qalibi “Real Madrid” klubunun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldo seçilib.

Mükafatın qalibi müxtəlif ölkələri təmsil edən 173 jurnalistin səsverməsi ilə müəyyənləşib.

Xatırladaq ki, Kriştianu Ronaldo 2008-ci, 2013-cü və 2014-cü illərdə “Qızıl top” mükafatının qalibi olub.

Xəbər 799 dəfə oxundu.