Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Dekabrın 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib.

Anım mərasiminin iştirakçıları əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmi izləyib, Ulu Öndərin əziz xatirəsini yad ediblər.

Tədbir çərçivəsində ADBTİA-nın rektoru Fuad Hacıyevin və Akademiyanın məzunları, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və Olimpiya mükafatçısı Rüstəm Orucovun iştirakı ilə “dəyirmi masa” keçirilib.

Ümummilli Liderin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışan F.Hacıyev qeyd edib ki, hələ 1981-ci ildə Heydər Əliyevin “Lideraturnaya qazeta”da yayımlanan “Qoy ədalət zəfər çalsın..” sərlövhəli müsahibəsi çox böyük səs-sədaya səbəb olmuşdu.

Tədbirdə iştirak edən idmançılar bu gün Prezident İlham Əliyev tərəfdən uğurla həyata keçirilən idman siyasətinin əsasının da məhz Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıblar.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət köklü şəkildə dəyişib. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib, bu sahədə yüksəlişin əsası qoyulub. Müstəqil Azərbaycanın həm də idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatının fəal üzvlərindən olması məhz bu siyasətin nəticəsində mümkün olub. Bu gün idmançıların maddi rifahının yüksəldilməsi, onlara qayğı və diqqətin göstərilməsi, gələcək qələbələr üçün stimul verilməsi, həmçinin ölkəmizdə yeni idman komplekslərinin və mərkəzlərinin yaradılması istiqamətində mühüm işlər görülür.

Xəbər 608 dəfə oxundu.