PFL iki oyunun gününü dəyişdi
“Sumqayıt”, “Zirə”, “Neftçi” və AZAL klubları Peşəkar Futbol Liqasına müraciət ediblər. Adları qeyd olunan klublar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə Topaz Premyer Liqasının 14-cü turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətirərək, “Sumqayıt” - “Zirə” və “Neftçi” - AZAL görüşlərinin bir gün sonraya keçirilməsini xahiş ediblər.

Bütün bunları nəzərə alan PFL 14-cü turun “Sumqayıt” - “Zirə”, “Neftçi” - AZAL görüşünün 17 dekabrda oynanılmasına razılıq verib.

Beləliklə, 14-cü turun bütün görüşləri eyni gündə, yəni 17 dekabrda reallaşacaq.

Xəbər 658 dəfə oxundu.