Kubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Müstəqil Azərbaycan futbolunun beynəlxalq dərəcəli ilk hakimlərindən olmuş Xalid Ağayev bir neçə gün öncə dünyasını dəyişib. Bununla əlaqədar olaraq, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşlərindən öncə 1 dəqiqəlik sükut elan olunacaq.

Bu barədə Peşəkar Futbol Liqasının yaydığı məlumatda bildirilir.

Allah rəhmət eləsin!

Xəbər 779 dəfə oxundu.