Avrokubokların 2017/18 mövsümünün təqvimi müəyyənləşib
Avrokubokların 2017/18 mövsümünün təqvimi müəyyənləşib.

Qarşıdakı mövsümün püşkatma və oyun günlərinin tarixi açıqlanıb.

Azərbaycanı qitədə təmsil edəcək ən güclü 4 klubumuz – Topaz Premyer Liqasının 3 mükafatçısı və kubokun qalibi iyunun 19-nu gözləyəcək. Həmin gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqası və Avropa Liqasının ilk 2 təsnifat mərhələsinin püşkü atılacaq.

Azərbaycan çempionu II, digər üç komandamız I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Avropa Liqasının finalı mayın 16-da Fransanın Lion şəhərində, Çempionlar Liqasının həlledici oyunu mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq.

Xəbər 815 dəfə oxundu.