İnter kubok matçına itkisiz hazırlaşır
"İnter" Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəyi ilk oyuna hazırlığı davam etdirir. Paytaxt klubu bu görüşə doğma arenada, özü də itkisiz hazırlaşır.

Belə ki, zədəli Mirhüseyn Seyidov da artıq tam sağalıb və sıraya dönüb.

Qeyd edək ki, "İnter"lə "Kəpəz" arasındakı ilk oyun dekabrın 12-də "İnter Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək.

Xəbər 691 dəfə oxundu.