Banişevskinin ölümündən 19 il ötür
Anatoli Banişevski: "Əgər yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim”.

Bu gün "Neftçi”nin əfsanəvi futbolçusunun ölümündən 19 il ötür. Anatoli Banişevski 1964-1978-ci illərdə "Neftçi”nin heyətində çıxış edib.

1966-cı ilin bürünc mükafatçısı karyerasının sonunadək sadiq qaldığı komandada 318 oyun keçirib, 136 qol vurub. 1965-1972-ci illərdə SSRİ yığma komandasının formasını geyinmiş və 19 qola imza atmış "Banya” 1972-ci il Avropa çempionatının gümüş medalını qazanıb. 1981-1982-ci illərdə "Neftçi”nin məşqçisi olmuş Anatoli Banişevski 1996-cı ildə "Şöhrət ordeni” ilə təltif olunub. Allah rəhmət eləsin!

Xəbər 694 dəfə oxundu.