İsmayıllıda Ümummilli Liderin xatirəsinə həsr olunan mini futbol turniri keçirilib
İsmayıllı Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə orta məktəb komandaları arasında mini futbol üzrə rayon turniri keçirilib.

Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 11 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Mollaisaqlı tam orta məktəbin komandası I yeri tutub. II yerə şəhər 1 saylı, III yerə isə şəhər 6 saylı məktəblərin komandaları çıxıb.

Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunub.

Xəbər 713 dəfə oxundu.