Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşdi
Bakı İdman Sarayında keçirilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşib.

500-dək cüdoçunun mübarizə apardığı turnirin birinci günündə Leyla Hüseynova (36 kq), Vüsalə Kərimova (40 kq), Səbinə Əliyeva (44 kq), Fatimə Məmmədli (48 kq), Fəridə Səfərova (52 kq), Günel Bəkirzadə (57 kq), Fidan Hüseynova (63 kq), Fidan Tanrıverdiyeva (70 kq), Rəvanə Kərimova (70 kq-dan yuxarı), Kamran Süleymanov (46 kq) və Vüsal İbrahimov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xəbər 771 dəfə oxundu.