UEFA Millətlər Kubokunun final mərhələsinin vaxtı açıqlanıb
Futbol üzrə milli komandalar arasında keçiriləcək yeni beynəlxalq turnirin - UEFA Millətlər Kubokunun final mərhələsinin vaxtı müəyyənləşib.

Turnir 2019-cu il iyunun 5-9-da keçiriləcək.

Turnirin qaydalarına əsasən, meydan sahibi finala çıxmış 4 komanda arasından seçiləcək. Həmin ölkənin aralarındakı məsafəsi maksimum 150 kilometr olan və tutumu minimum 30 min nəfər olan iki stadionu olmalıdır.

İldə iki dəfə keçiriləcək və beynəlxalq yoldaşlıq görüşlərini əvəz edəcək yarışın formatı UEFA tərəfindən 2014-cü ilin dekabrında təsdiqlənib.

Azərbaycan millisinin də daxil olduğu 55 yığma komanda reytinqə əsasən dörd diviziona bölünəcək.
Turnir qitə çempionatının final mərhələsinə düşmək üçün əlavə şanslar yaradacaq.

Xəbər 749 dəfə oxundu.