I Divizionda noyabr ayının ən yaxşı qolunun müəllifi müəyyənləşdi
I Divizionda noyabr ayının ən yaxşı qolu müəyyənləşdi. Peşəkar Futbol Liqasının azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsinə əsasən noyabr ayının ən yaxşı qolunun müəllifi “Bakılı”nın futbolçusu Nurlan Məmmədzadə oldu.
Saytımızda keçirilən sorğu zamanı azarkeşlərin 62 faizinin səsini qazanan Nurlan Məmmədzadə jurnalistlərin seçimi zamanı da rəqiblərini üstələdi. O azarkeşlərin seçimi zamanı Emin Mustafayevi (“Qaradağ Lökbatan”), jurnalistlərin seçimi zamanı isə Ruslan Tağızadəni (“Zaqatala”) qabaqladı.

Jurnalistlər və azarkeşlərin seçimi eyni olduğuna görə qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etmədi.

Qeyd edək ki, Peşəkar Futbol Liqası artıq 3-cü dəfədir ki, I Divizionda ayın ən yaxşı qolu layihəsini həyata keçirir.

Xəbər 737 dəfə oxundu.