Reynaldo da Silva yubiley qolun müəllifi olub
“Qarabağ” klubunun futbolçusu Reynaldo da Silvanın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunun “Fiorentina” ilə matçında vurduğu qol yubiley xarakterli olub.

Braziliyalı hücumçunun qolu Azərbaycan klublarının avrokuboklardakı 25-ci qolu kimi tarixə düşüb. Yalnız Avropa Liqasının qrup mərhələsində 6 dəfə oynayan komandalarımız 35 oyunda bu nəticəyə nail olublar.

Belə ki, “Neftçi” 2012/2013-cü il mövsümündə 4, “Qarabağ” 2014/2015-ci il mövsümündə 3, 2015/2016-cı il mövsümündə 4, 2016/2017-ci il mövsümündə 7, “Qəbələ” ötən mövsümdə 2, cari mövsümdə isə 5 dəfə rəqibləri mərkəzə dəvət edib.

Xəbər 735 dəfə oxundu.