Moskvadan «gümüş top»
Azərbaycan gimnastı Aliyə Qarayeva Moskvada keçirilmiş Qran-Pri mərhələsinin gümüş mükafatçısı olub. İdman.com.az saytının məlumatına görə, Milli komandanın lideri topla finalda ikinci yerə çıxıb və bununla da Rusiyanın dünya çempionu Darya Kondakovanı yarım xal qabaqlayıb. Bu yarış üzrə qızıl mükafatı Rusiyanın digər dünya çempionu Darya Dmitriyeva qazanıb.

"Ötən turnirdə mən üç yeni hərəkəti yerinə yetirdim - halqa, top və gürzlərlə. Lentlə tapşırıqda biz az düzəliş etdik. Alətləri yerə salmağa və azacıq kobud səhvlərin olmasına baxmayaraq, mən öz çıxışımdan razıyam. Mən bir az öz üzərimdə işləməliyəm. Həmişə olduğu kimi, məndə diqqət çatışmır, ancaq məşqlərdə məndə hər şey alınır. Lakin bunu tamaşaçıların da, hakimlərin də görməsi lazımdır.

Ona görə ki, mən çıxış etməyi çox sevirəm və tamaşaçıları sevindirmək lazımdır", Qarayeva deyib. O qeyd edib ki, ötən illə müqayisədə özünü kifayət qədər inamlı hiss edir, həm də il onun üçün heç də pis başlamayıb: "Əlbəttə, Olimpiya mövsümündə həyəcan olur, lakin öz hisslərini cilovlamaq və çox həyəcanlanmamaq lazımdır".
Yarışın sonunda Qarayeva Olimpiya çempionu Alina Kabayevadan artistlik məharətinə görə xüsusi mükafat da alıb.

Xəbər 1277 dəfə oxundu.