Futbol üzrə UEFA Çempionlar Liqasında növbəti mərhələnin püşkatma səbətləri açıqlanıb
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/16 final mərhələsinin püşkatma səbətləri müəyyənləşib.

Komandalar qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsinin qalibləri və ikinciləri kimi ayrı səbətlərə bölünüblər.

Qrup birinciləri: “Arsenal” (qrup “A”, İngiltərə), “Napoli” (“B”, İtaliya), “Barselona” (“C”, İspaniya), “Atletiko Madrid” (“D”, İspaniya), “Monako” (“E”, Fransa), “Borussiya Dortmund” (“F”, Almaniya), “Leyçester Siti” (“G”, İngiltərə) və “Yuventus” (“H”, İtaliya).

Qrup ikinciləri: “Paris Saint-Jermain” (qrup “A”, Fransa), “Benfika” (“B”, Portuqaliya), “Mançester Siti” (“C”, İngiltərə), “Bayern Münxen” (“D”, Almaniya), “Bayer Leverkuzen” (“E”, Almaniya), “Real Madrid” (“F”, İspaniya), “Porto” (“G”, Portuqaliya) və “Sevilya” (“H”, İspaniya).

Bu mərhələdə komandalar öz qrupundan və təmsil etdiyi ölkədən hər hansı bir klubla qarşılaşa bilməzlər.

Onaltıdabir final mərhələsinin ilk matçları fevralın 14-15-də və 21-22-də, cavab qarşılaşmaları isə martın 7-8-də və 14-15-də oynanılacaq.

Çempionlar Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi dekabrın 12-də keçiriləcək.

Xəbər 754 dəfə oxundu.