Naftalanda məktəblilər arasında şahmat üzrə şəhər birinciliyi keçirilir
Naftalanda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan məktəblilər arasında şahmat üzrə şəhər birinciliyi keçirilir.

Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 30 məktəbli iştirak edir.

Birinciliyin sonunda qalib gələn məktəblilər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallarla mükafatlandırılacaq.

Xəbər 971 dəfə oxundu.