UEFA Avropa Liqası: “Qəbələ” cari mövsümdə çıxışını başa vurub
Dekabrın 8-də “Qəbələ” UEFA Avropa Liqasının cari mövsümündə çıxışını başa vurub.

Qrupdan çıxmaq şansını itirən Roman Qriqorçukun komandası Almaniyanın Maynts şəhərində eyniadlı komanda ilə qarşılaşıb.

Bundesliqa təmsilçisi ilk hissədə vurduğu iki cavabsız qolla qalib gəlib.

Bununla da “Qəbələ” qrupda keçirdiyi 6 matçın hamısında uduzaraq mübarizəni xalsız başa vurub.

Xəbər 654 dəfə oxundu.