IV İslam Həmrəylik Oyunlarında İranın 120-dən çox idmançısı iştirak edəcək | |
İran İslam Respublikası gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında 120-dən çox idmançı ilə iştirak edəcək. Bu barədə İranın Milli Olimpiya Komitəsinin baş katibi Şahrux Şahnazi məlumat verib. O bildirib ki, İslam Həmrəylik Oyunları futbol üzrə dünya çempionatına hazırlıq mərhələsi ilə üst-üstə düşdüyünə görə İranın futbol komandası yarışlarda iştirak edə bilməyəcək. Lakin başqa bir komanda hazırlanıb yarışlara çıxarılacaq. Ş.Şahnazi deyib ki, İranın qadın və kişi atletləri 20-dən çox idman növündə iştirak edəcəklər. AZƏRTAC |
|
Xəbər 675 dəfə oxundu. |
|
|