Kəpəz İnterlə oyuna Bakıda hazırlaşır
Azərbaycan kubokunun 1/4 final mərhələsində “İnter” ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı oyunun çalışmalarını davam etdirir. Komanda matça Bakıda hazırlaşır.

“Sarı-göylər” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir. Kubok görüşü bu cür meydançada keçiriləcəyindən komanda məhz belə örtükdə hazırlıq keçməyə üstünlük verib.

“Kəpəz” paytaxt təmsilçisi ilə qarşılaşma öncəsi son məşqinə dekabrın 12-də oyunun keçiriləcəyi “İnter Arena”da çıxacaq.

Xəbər 776 dəfə oxundu.