UEFA Avropa Liqası: “Qəbələ” qrupda son görüşünə çıxacaq
Dekabrın 8-də UEFA Avropa Liqasının qrup mərhələsində son turun oyunları keçiriləcək.

Təmsilçimiz “Qəbələ” də son görüşünə çıxacaq.

“Qırmızı-qaralar” səfərdə “Maynts”la qarşılaşacaqlar. Komandamız üçün bu görüş təsəlli xarakter daşıyır.

Həm ev sahibləri, həm də qonaqların qrupda qaldığı rəsmiləşdiyindən rəqiblər azarkeşlərini sevindirmək üçün meydana çıxacaqlar. Təmsilçimiz qrupda ardıcıl beş oyunda məğlubiyyətlə üzləşib. Bu səbəbdən Roman Qriqorçukun yetirmələri səfərdən ilk xalla dönməkdə iddialıdır.

UEFA qarşılaşmanı Böyük Britaniyadan olan hakimlər briqadasına həvalə edib. Görüşü uelsli Simon Li Evans idarə edəcək. Ona həmyerliləri Qaret Vin Cons və Lyuiss Ross Edvards kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Daniel Bekkett yerinə yetirəcək. Qarşılaşmanın əlavə köməkçi hakimləri Brin Markham-Cons və Nik Pratt olacaq.

Oyunun hakim-inspektoru estoniyalı Are Habikt, UEFA nümayəndəsi isə irlandiyalı İmon Nutondur.

“Maynts”–“Qəbələ” matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da “Maynts Arena”da keçiriləcək.

Xəbər 812 dəfə oxundu.