Sumqayıt Qarabağla matça hazırlığı davam etdirir
Dekabrın 13-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında bu gün "Kapital Bank Arena"da növbəti məşqini keçirib.

Bərpa prosesi keçən Yusif Nəbiyev və yüngül zədəsi olan Xəyal Nəcəfov fərdi məşqlə kifayətlənib. Digər futbolçular isə kollektivlə birgə çalışıb. "Sumqayıt" növbəti məşqinə sabah saat 17:00-da çıxacaq.

Xatırladaq ki, dekabrın 13-də Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə baş tutacaq "Qarabağ" - "Sumqayıt" oyunu saat 18:00-da start götürəcək.

Xəbər 753 dəfə oxundu.