Qəbələ Avropa Liqasının antirekordunu təkrarlaya bilər
"Qəbələ" sabah Avropa Liqasının qrup mərhələsinin son turunda Almaniyanın "Maynts" klubuna da uduzsa da, bu turnirin tarixindəki antirekord dördüncü dəfə təkrarlanacaq. Əvvəlki beş oyununda xala həsrət qalan və meydanı hər dəfə məğlub tərk edən Roman Qriqorçukun komandası sözügedən antirekorda şərik çıxmamaq üçün Almaniyada ən azından heç-heçə etməlidir.

Qeyd edək ki, indiyə qədər Avroliqanın qrup mərhələsini İrlaniya "Şemrok Rovers"i (2011/12 mövsümü), Slovakiya "Slovan"ı (2014/15) və Ukrayna "Metallurq"u (2014/15) xalsız başa vurub.

Xəbər 662 dəfə oxundu.