Yaponiyada futbol üzrə klublararası dünya çempionatına start verilir
Dekabrın 8-də Yaponiyada 13-cü klublararası dünya çempionatına start veriləcək.

Mundialda qaydalara uyğun olaraq altı konfederasiyanın Çempionlar Liqasının qalibi ilə yanaşı, təşkilatçı ölkənin ən yaxşı komandası da iştirak edəcək.

Dünya çempionatında “Real Madrid” (İspaniya), “Atletiko Nasional” (Kolumbiya), “Amerika” (Meksika), “Mamelodi Sandaunz” (CAR), “Conbuk” (Koreya Respublikası), “Oklend Siti” (Yeni Zelandiya), “Kaşima” (Yaponiya) klubları qalib adı uğrunda mübarizə aparacaqlar.

Səkkiz matçdan ibarət yarış Osaka və Yokohama şəhərlərində keçiriləcək.

Bir qayda olaraq Avropa və Cənubi Amerika təmsilçiləri turnirə yarımfinaldan qoşulacaqlar. Yarımfinal oyunlarınadək isə 5 klub öz arasında iki ən yaxşını müəyyənləşdirəcək.

Yarışın açılış matçı Yaponiya çempionu “Kaşima” ilə Okeaniyanın ən güclüsü “Oklend Siti”ni arasında oynanılacaq.

Turnirin final oyunu isə dekabrın 18-də keçiriləcək.

Xatırladaq ki, ötən il İspaniyanın “Barselona” komandası finalda Argentinanın “River Pleyt” klubunu məğlub edərək tarixində üçüncü dəfə mundialın qalibi olub.

Xəbər 678 dəfə oxundu.