UEFA Çempionlar Liqası: Messi qollarının sayını 10-a çatdırıb
Argentina millisinin və “Barselona” futbol klubunun forvardı Lionel Messi cari mövsüm UEFA Çempionlar Liqasında vurduğu qolların sayını 10-a çatdırıb.

Argentinalı hücumçu buna qrup mərhələsinin son turunda “Borussiya Mönhenqladbax” ilə qarşılaşmada fərqlənməklə nail olub.

Bununla da Messi Çempionlar Liqasının qrupunda 10 qol həddinə çatan ikinci futbolçu olub. Rekord ötən mövsüm qrupu 11 qolla tamamlayan “Real Madrid”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldoya məxsusdur.

Argentinalı ulduz Çempionlar Liqasında ümumi qollarının sayını isə 93-ə çatdırıb.

Xəbər 637 dəfə oxundu.