Azərbaycanın mövqeyi UEFA-nın yeni reytinq siyahısında dəyişməz qalıb
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin VI turunun ilk oyun günündən sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.

Keçirilən 8 qarşılaşma 10 ölkənin xal aktivini artırması ilə nəticələnib. Lakin onların heç biri bu qazancdan yararlanıb, mövqeyini dəyişə bilməyib. Nəticədə qitənin 54 ölkəsinin sıralamasında heç nə dəyişməyib. Bu, təmsilçiləri “Qəbələ” və “Qarabağ” dekabrın 8-də meydana çıxacaq Azərbaycanın da 25-ci pillədə qalmasına səbəb olub. Son 5 mövsümə 17,750 xal qazanan Azərbaycan ən yaxın izləyicisi Kipri 0,200 xal qabaqlayır.

Qeyd edək ki, siyahıya 96,570 xalla İspaniya başçılıq edir. Almaniya 75,784 xalla ikinci, İngiltərə isə 71,676 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 727 dəfə oxundu.