Çexiyanın birinci divizionunda çıxış edən basketbolçumuz növbəti uğura imza atıb
Çexiyanın birinci divizionunda çıxış edən Endər Poladxanlı növbəti uğura imza atıb.

“Sparta” basketbol komandasının şərəfini qoruyan həmyerlimiz “Praqa” klubu üzərində qələbəni təmin edən (86:57) əsas oyunçulardan biri olub.

Bu qarşılaşmada Endər hesabına 17 xal yazdırıb. Onuncu turdan sonra “Sparta” komandası 7-ci pillədə qərarlaşıb.

Xəbər 790 dəfə oxundu.