Qarabağ - Fiorentina matçının biletləri satışa çıxır
UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ" dekabrın 8-də İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək. Qarşılaşmanın biletləri sabah - dekabrın 5-də, saat 11:00-dan etibarən satışa çıxacaq.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

1-7 və 22-27 nömrəli sektorlar - 1 AZN
8-10 və 19-21 nömrəli sektorlar - 2 AZN
11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar - 5 AZN
13 və 16 nömrəli sektorlar - 10 AZN
14 və 15 nömrəli sektorlar - 20 AZN
VİP - 50 AZN

Qeyd edək ki, “Qarabağ” – “Fiorentina” matçı dekabrın 8-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Xəbər 761 dəfə oxundu.