Şahin Diniyev: “Kubok Avropaya çıxış üçün qısa yoldur”
Azərbaycan kubokunun “Şahdağ” – “Kəpəz” oyunundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev mətbuat nümayəndələrinin qarşısına çıxıb və oyunla bağlı fikirlərini bölüşüb: “İlk yarıda rəqibə təzyiq etdik ki, bizə lazım olan hesabı təmin edək və sonra rahat oynayaq. Premyer Liqada oynamayan əvəzedici heyətdən çağırdığımız futbolçuların oynamasını istəyirdim. Gəncə futbolunun inkişafı üçün o gənclər indidən yavaş-yavaş öyrənməlidirlər. Çempionatda onlara şans vermək çətin olur, amma zaman-zaman belə imkan yaradırıq. Gələcəkdə yol yerli futbolçularındır. Qələbəyə layiq idik. Oyunun asan keçməsində oyunçularımızın rolu var. Matça yanaşma tərzi var, hər bir görüşə ciddi yanaşmaq lazımdır, bu gün biz də elə etdik. Kubok Avropaya çıxış üçün qısa yoldur. Uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”.

Xəbər 829 dəfə oxundu.