Minskdə taekvando üzrə MDB Açıq Kuboku yarışlarının açılış mərasimi keçirilib
Dekabrın 3-də “Minsk-Arena” velodromunda üçüncü MDB Açıq Kuboku - ITF taekvando üzrə Dünya Kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib.

MDB Açıq Kuboku Birlik üzvü olan ölkələrin 2020-ci ilə qədər bədən tərbiyəsinin inkişafı strategiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun keçirilir və qurumun 25 illiyinə həsr olunub.

MDB İcraiyyə Komitəsinin informasiya dəstəyi ilə yarışlara Azərbaycan da daxil olmaqla, Birlik üzvü olan ölkələrin, habelə Latviya, Sloveniya, Finlandiya, Çexiya, Şotlandiya, Estoniya və digər ölkələrin idmançıları qatılacaqlar.

Turnirin açılış mərasimində Belarus İdman və Turizm Nazirliyinin və Minsk şəhərinin rəhbərliyi, eləcə də Beynəlxalq ITF Taekvondo Federasiyasının prezidenti iştirak edib.

AZƏRTAC

Xəbər 684 dəfə oxundu.