Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə turnirə yekun vuruldu
Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə beşinci respublika turniri təşkil edilib.

Yarış Azərbaycan Cüdo Federasiyası və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilib.

Turnirdə Bakı və bölgələrdən olan cüdoçularla yanaşı, Rusiyanın Nalçik və Dərbənd şəhərlərinin yeniyetmə idmançıları da mübarizə aparıblar.

Otuz səkkiz komandadan 335 cüdoçunun qatıldığı çempionat iki gün davam edib.

Sonda qaliblər mükafat və fəxri diplomlarla təltif olunublar.

Xəbər 743 dəfə oxundu.