“Hələ Bakıya yollananda “qızıl set”ə köklənmişdik”
““Azərreyl” klubu Bakıdakı oyunda bizdə yüksək emosiya və qələbə istəyi var idi. “Qızıl set”in adı bizə təkan verdi ki, yaxşı oynayaraq, həlledici məqamda özümüzü göstərək”. İdman.com.az saytının məlumatına görə, bunu Kazanın “Dinamo” klubunun voleybolçusu Yekaterina Ulanova deyib. O, Avropa Çempionlar Liqasının 1/4 finalının “qızıl set”ində mübarizədən kənarlaşdırdıqları “Azərreyl” ilə oyun barədə danışıb. Ulanova Rusiya mətbuatın verdiyi açıqlamasında bildirib ki, hələ Bakıya yollananda “qızıl set”ə kökləniblər:

“Biz çətin oyun olacağını bilirdik. İlk 3 setdə qazana bilmədiyimiz qələbə bizə çox çətin başa gəldi. “Dinamo”nun 11:25 hesabı ilə uduzduğu 3-cü setdə rəqibə təşəbbüsü bilərəkdən vermədik. Bu oyundur, unutmaq lazım deyil ki, eniş və yüksəliş olur. Sadəcə heç kim seti belə vermək istəmirdi”.
Onun sözünə görə, matçı idarə edən hakimlərin işinə iradı yoxdur: “Hakimlik mənim çox xoşuma gəldi. Biz pis idarəçilik gözləyirdik. Ancaq hər şey layiqli idi. Azarkeşlər bizə mane olmurdu. Onlar özlərini sakit aparırdılar. Sadəcə öz komandalarına azarkeşlik edirdilər. Heç bir xoşagəlməz şey hiss olunmurdu”.

Rusiyalı matın sonunda “dördlər finalı”na ev sahibliyi edəcək Bakı haqqında da fikirlərini bildirib: “Azərbaycan paytaxtı xoşuma gəldi. Xüsusilə də, müsbət temperaturu olan havası. Zala gəlincə, eşitdiyimə görə “Dördlər finalı” başqasında keçiriləcək. Həmin kompleks daha böyükdür və azarkeşlər üçün yer çoxdur. Orada necə olacağını hələ bilmirem”.
Qeyd edək ki, Rusiya mətbuatında “Azərreyl”lə oyundan öncə görüşün hakimlərinin komandamıza simpatiya bəsləyəcəyini yazırdılar.

Xəbər 1224 dəfə oxundu.