Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyinin qalibləri müəyyənləşib
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyinin qalibləri müəyyən olunub.

2008-ci il təvəllüdlü gimnastların yarışında birinci yeri çoxnövçülükdə 27,200 bal toplayan Nərminə Bayramova, ikinci yeri Məryəm Hüseynova (26,200 bal), üçüncü yeri Ayan Əliyeva (23,950 xal) tutub.

2007-ci il təvəllüdlü gimnastlar arasında Fatimə Məmmədzadə (34.050 xal) birinci, Mədina Dəmirova (29,350 bal), Nuray Həsənzadə isə (27,800 bal) sonrakı yerləri qazanıblar.

2006-cı il təvəllüdlülər qrupunda Zəhra Paşayeva (34.050 xal) birinci olub. Fidan Yusifzadə (32.850 xal) və Kamilla Əliyeva (32.450 bal) müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Bütövlükdə yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Gömrükçü”, “Sərhədçi”, “Spartak” klubları, DİN-in İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edən 141 gimnast iştirak edib.

Xəbər 702 dəfə oxundu.