AZAL heyətini malili futbolçu ilə gücləndirib
AZAL klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZAL malili yarımmüdafiəçi Sadio Tounkara ilə müqavilə imzalayıb. Tərəflər sonradan daha bir il artırıla bilməsi şərti ilə altı aylıq müqaviləyə qol çəkiblər.

Tibbi baxışdan keçən 24 yaşlı futbolçunun adının iştirak ərizəsinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə Peşəkar Futbol Liqasına (PFL) təqdim olunacaq.

Sonuncu dəfə Kiprin “Enosis” klubunun formasını geyinən Tounkara AZAL-da 8 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, afrikalı futbolçu vətənində “Janna Dark” və “Xəzər-Lənkəran” klublarında çıxış edib. S.Tounkara 2013-cü ildə “Xəzər-Lənkəran”ın heyətində Azərbaycan Super Kubokunu qazanıb.

Xəbər 730 dəfə oxundu.