Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
UEFA Çempionlar və Avropa liqalarının sonuncu qrup oyunları bir dəqiqəlik sükutla start götürəcək.

Altıncı turun bütün görüşlərində təyyarə qəzasında həlak olmuş Braziliyanın “Şapekoense” klubunun futbolçularının xatirəsi yad ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının matçları dekabrın 6-7-də, Avropa Liqasının qarşılaşmaları isə dekabrın 8-də oynanılacaq.

Xəbər 764 dəfə oxundu.