Şəmkirdə yeni təyinat
Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan "Şəmkir" Futbol Klubunda yeni təyinat gerçəkləşib. Tarixində 3 dəfə Azərbaycan çempionu olan kluba yeni idman direktoru təyin olunub.

Artıq bu vəzifəni futbol ictimaiyyətinə tanış olan bir sima, Vaqif Əliyev icra edəcək.

Xatırladaq ki, Vaqif Əliyev daha öncə "Simurq" Peşəkar Futbol Klubunda İcraçı direktor və klubun prezidentinin müşaviri vəzifəsində çalışıb.

Xəbər 779 dəfə oxundu.