Basketbol üzrə muxtar respublika çempionatında növbəti turun oyunları keçirilib
Basketbol üzrə Naxçıvan Muxtar Respublikası çempionatının yüksək və birinci dəstəsində növbəti turun oyunları keçirilib.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi çempionatın yüksək dəstəsinin ilk iki turunu qələbə ilə başa vuran “Ordubad” komandası bu turda da uğurlu çıxış edib. Səfərdə “Şərur” komandasının qonağı olan ordubadlı basketbolçular meydanı 54:26 hesablı qələbə ilə tərk ediblər.

Bu turda “Naxçıvan” komandası məğlubiyyətlə üzləşib. Onun Culfalı həmkarlarına 20 xal (63:43) fərqi ilə məğlub olması bu komandaların turnir cədvəlindəki mövqelərini də dəyişib.

Birinci dəstədə isə “Şahbuz” komandası liderliyi qoruyub saxlaya bilib. Bu turda onlar doğma arenada Sədərək basketbolçularına 45:34 hesab ilə qalib gəliblər. “Lokomotiv” isə cari mövsümdə ikinci qələbəsini “Kəngərli” komandası üzərində qazanıb - 70:22.

Xəbər 779 dəfə oxundu.