Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşulub
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 14–cü konfransı işini başa çatdırıb.

Konfransda Azərbaycanı nazir Azad Rəhimovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Konfrans çərçivəsində Azərbaycan “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulub.

Bununla bağlı sənədi A.Rəhimov imzalayıb.

Xəbər 1780 dəfə oxundu.