“Bakı” klubunun gənc basketbolçuları Gürcüstan birinciliyində ilk qələbələrini qazanıblar
Gürcüstanda 18 yaşadək basketbolçular arasında ölkə birinciliyinə start verilib.

Çempionatda iştirak edən Azərbaycanın “Bakı” klubu ilk oyununu “Akademiya” kollektivinə qarşı keçirib. Görüş rəqib komandanın 76:56 hesablı qələbəsi ilə yekunlaşıb.

Samit Nuruzadənin yetirmələri ikinci turda “Dinamo” ilə qarşılaşıblar. Bu oyunda isə “Bakı” komandası qələbə qazanıb – 65:51. Paytaxt klubunun heyətində Şirzad Şirzadov 20 xalla qarşılaşmanın ən məhsuldar basketbolçusu olub.

Xəbər 1225 dəfə oxundu.