Alessandro Silva: “Özümü çox yaxşı hiss edirəm”
“Zədələndikdən sonra Braziliyaya yollanmışdım. Müalicəmi başa vurub qayıtdım”. İdman.com.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun braziliyalı futbolçusu Alessandro Viana da Silva deyib. Unibank Premyer Liqasının XX turunun “Sumqayıt”la oyununun birinci hissəsində zədələnən sol cinah müdafiəçisi, artıq komandasının düşərgəsindədir. Vətənində müalicə olunmuş futbolçu hazırkı durumu barədə klubun rəsmi saytına danışıb: “Bir neçə günə məşqlərə başlayacam. Hazırda özümü çox yaxşı hiss edirəm. Tezliklə meydana çıxıb komandama kömək etmək istəyirəm”.

Xəbər 1199 dəfə oxundu.