Cüdo üzrə milli komandamızın üzvləri Gürcüstanda təlim-məşq toplanışındadır
Azərbaycanın cüdo üzrə milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb.

Hazırda iki ölkə yığması Tbilisidə birgə hazırlıq keçir.

Ötən gündən start götürən toplanışda Olimpiya mükafatçısı Rüstəm Orucov, dünya çempionu Elxan Məmmədov, Avropa və dünya mükafatçıları Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov kimi titullu cüdoçular yer alır.

Bu, iki ölkə cüdoçularının ilk birgə hazırlıq prosesidir.

Xəbər 683 dəfə oxundu.