Fövqəladə Hallar Nazirliyinin idmançıları karate üzrə respublika çempionatında qələbə qazanıblar
Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr və gənclər arasında 17-ci respublika birinciliyi, böyüklər arasında 24-cü respublika çempionatı keçirilib.

Çempionatda 41 komandanın heyətində 430 idmançı mübarizə aparıb.
Gənclər arasında çempionatda İlyas Nağıyev (61 kq) üçüncü yeri tutub. Kişilər və qadınlar arasındakı yarışda isə Tural Ələkbərli (60 kq) və Aytən Rəfiyeva (68 kq) ikinci yerdə qərarlaşıblar.

FHN-in idmançıları çempionatlarda məşqçi Coşqun Sadıqovun rəhbərliyi ilə güclərini sınayıblar.

Xəbər 691 dəfə oxundu.