AFFA-nın layihəsi maraqla qarşılanıb
UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards 2016”nın qalibi müəyyənləşib. Yunanıstanın paytaxtı Afinada keçirilən tədbir zamanı ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə Polşa Futbol Federasiyası – PZPN-in lisenziyalaşdırma proqramı qalib layihə olub.

AFFA tərəfindən təqdim olunmuş “CBC Sport” lahiyəsi bu meyar üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib və maraqla qarşılanıb.

“UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir.

2 il öncə AFFA tərəfindən keçirilmiş “3x3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.

Xəbər 794 dəfə oxundu.