Universitetlər arasında keçirilən paintball və tir atıcılığı yarışları başa çatıb
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Universitetlərarası paintball və tir atıcılığı yarışlarının təşkili” layihəsini uğurla başa çatdırıb.

layihənin əsas məqsədi müharibə şəraitində yaşayan ölkəmizin gənclərini vətənpərvərlik ruhunda tərbiyələndirmək, tələbələrin hərbi xidmətə hazırlıq səviyyəsini yüksəltmək, atıcılıq qabiliyyətlərini və döyüş bacarıqlarını inkişaf etdirməkdir.

Gərgin idman mübarizəsi şəraitində keçən paintball yarışlarının finalında ADPU ilə ADRA qarşılaşıb. Əzmkar oyunu sayəsində ADRA-nı təmsil edən “Qatillər” komandası qalib gəlib.

Tir və stend atıcılığı yarışlarında bütün hədəflərə dəqiq atəş açan ADİU-nun tələbəsi Şirvan Şirvanlı birinci yeri tutub.

Layihə çərçivəsində gənclərdə Vətənə sevgini, əsgərə hörməti, hərbi xidmətə rəğbəti artırmaq məqsədi ilə gənclər üçün seminarlar və düşərgə də təşkil olunub.

Xəbər 1157 dəfə oxundu.