Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarının vaxtı açıqlanıb
Futbol üzrə Azərbaycan kubokunun səkkizdəbir final mərhələsinin oyun cədvəli müəyyənləşib.

Mərhələnin görüşləri iki gün ərzində keçiriləcək.

Dekabrın 2-də MOİK – “Sumqayıt”, “İnter” – “Qaradağ Lökbatan”, AZAL – “Rəvan”, “Neftçi” – “Şərurspor”, dekabrın 3-də isə “Turan Tovuz” – “Zirə”, “Şahdağ” – “Kəpəz”, “Qəbələ” – “Zaqatala”, “Qarabağ” – “Səbail” görüşləri təşkil olunacaq.


Xəbər 669 dəfə oxundu.