Azərbaycan çempionu Almaniyanın “Hamburq” komandasına böyük hesabla qalib gəlib
Xorvatiyada futzal üzrə UEFA Kubokunun elit raundunun “B” qrupunda son turun oyunları keçirilib. Azərbaycan çempionu “Araz” da son görüşünə çıxıb.

Naxçıvan klubu Almaniyanın "Hamburq" komandası ilə qarşılaşıb. Təmsilçimiz son oyununda 5:1 hesablı qələbə qazanıb.

“Araz” qrupdakı ilk iki oyununda Xorvatiya “Nasional”ına 1:2, Rusiya "Yuqra"sına 0:4 hesabı ilə uduzub. Komandamız “Dördlər finalı”na vəsiqə qazana bilməyib.

Xəbər 769 dəfə oxundu.