“Telekom” klubunun baş məşqçisi Serbiya Voleybol Federasiyasına prezident seçilib
Bakının qadınlardan ibarət “Telekom” klubunun baş məşqçisi Zoran Qayiç Serbiya Voleybol Federasiyasına prezident seçilib.

Baş məşqçi 26 səs toplayaraq əsas rəqibi Vladimir Qrbiçi qabaqlayıb.

Qeyd edək ki, İvan Miliykoviç vitse-prezident, İvan Knezeviç isə yeni baş katib təyin olunublar.

Xəbər 799 dəfə oxundu.