Yeniyetmə və gənclər arasında karate üzrə 17-ci Respublika çempionatına yekun vurulub
Noyabrın 26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmə və gənclər arasında 17-ci Respublika birinciliyi keçirilib.

Yarış Gənclər və İdman Nazirliyi, Karate-do Federasiyası Assosiasiyası (AKFA) və Milli Karate Federasiyasının (MKF) təşkilatçılığı ilə baş tutub.

Yeniyetmə və gənc karateçilər (oğlan və qız) müxtəlif yaş kateqoriyalarında şəxsi kata, eləcə də fərdi kumite yarışlarında güclərini sınayıblar.

Fərdi katada əsasən “Çempion”, “Qara-Qaplan”, “Qarabağ” və “Arpaçay” klublarının yetirmələri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərdi kumite yarışlarında isə DİN İK, “Gəncə”, “Sumqayıt”, “Arpaçay”, MKM, “Qara-Qaplan”, “Xaçmaz” və “Xırdalan” klublarının idmançıları Respublika birincisi olublar.

Qalib və mükafatçılar AKFA və MKF-nin təsis etdiyi kubok, medal və diplomlarla təltif olunublar.

Xatırladaq ki, noyabrın 27-də böyüklər arasında karate üzrə 24-cü Respublika çempionatı keçiriləcək. Turnirin təntənəli açılış mərasimi də eyni günə təsadüf edəcək.

Xəbər 728 dəfə oxundu.