Ukrayna futbolunda danışılmış oyunlar aşkar edilib
Ukrayna futbolunda danışılmış oyunlarla bağlı iddialar ortaya atılıb.

Bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti İqor Koçetov açıqlama verib.

Federasiya rəsmisi bildirib ki, səkkiz şübhəli oyun haqqında artıq lazımi orqanlara məlumatlar verilib. Bu matçlar gənclər liqasında və birinci liqada 2015-ci ilin sonunda keçirilib. Hazırda Etika və Təmiz Oyunlar Komitəsində məsələyə dair araşdırma aparılır. Sonda insidentlə bağlı hüquqi qərarlar verilməsi gözlənilir.

Xəbər 733 dəfə oxundu.