Yunan-Roma güləşçilərimizin 5 qızıl və 7 bürünc medal şansı
Qızıl medal uğrunda Azərbaycan təmsilçisi Həsən Əliyev (71 kq) Macarıstan güləşçisi Balint Korpasa, Rafiq Hüseynov (80 kq) türkiyəli Aslan Atemə, Elvin Mürsəliyev (75 kq) serbiyalı Viktor Nemesə, İslam Abbasov (85 kq) polşalı Tadeusz Mixalikə, Oyan Nəzəriani (130 kq) isə Belarus təmsilçisi Kiril Hrişçankaya qarşı mübarizə aparacaq.

Yarışda 59 kiloqram çəki dərəcəsində bürünc medal görüşündə xalça üzərinə iki Azərbaycan güləşçisi çıxacaq. Bu çəkidə Taleh Məmmədov qırğızıstanlı Kanibek Jolçubekov, Kərim Cəfərov isə rusiyalı Mingiyan Semyonov ilə üz-üzə gələcək.

Üçüncü yer uğrunda görüşdə Rövşən Tağıyev (66 kq) qazaxıstanlı Nurtay Nurgaliyev, Cahid Nəcəfov (71 kq) çinli Ridong Jang, Mehrac Kərimov (75 kq) gürcüstanlı Zurabi Datunaşvili, Soltan İsmayılov (85 kq) kubalı Daniel Heçavarriayal, Orxan Nuriyev (98 kq) isə türkiyəli Cenk İldemlə qarşılaşacaq.

Xəbər 664 dəfə oxundu.